Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “DekaBank”ın aktivlərinin həcmi 92,100 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisi ilə müqayisədə 50,88% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 69,41% artaraq 85,815 mln. manat olub.
İstehlak kreditlərinin həcmi 7,415 mln. manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 28,26% azdır.
2014-cü ildə bank ipoteka krediti verməyib.
Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2013-cü il ilə müqayisədə 4,37 dəfə artaraq 4,465 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 15,55% azalaraq 5,718 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 4,698 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 21,76% azdır.
Bir il ərzində bankın məcmu kapitalı 2,17 dəfə artaraq 53,909 mln. manata, nizamnamə kapitalı isə 2,2 dəfə artaraq 52,767 mln. manata çatıb.
2013-cü ilə nisbətən 2014-cü ildə bankın gəlirləri 15,40% artaraq 7,498 mln. manat, xərcləri isə 20,34% artaraq 7,657 mln. manata çatıb.
Ötən ili bank 159,06 min manat zərərlə başa vurub.
Hazırda bankın ölkə üzrə 7 filialı, 3 bankomatı, 8 POS-terminalı fəaliyyət göstərir.