Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Expressbank”ın aktivləri iyulun 1-nə 275,5 mln. manat təşkil edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 41,8 mln. manat və ya 22,3% artaraq 229,5 mln. manat olub.
Qeyd olunan tarixə bankda müştəri depozitlərinin həcmi 100,9 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 53,4 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 11,4% çoxdur.
Bankın məcmu kapitalı isə 140,5 mln. manat təşkil edib.
“Expressbank” “Fitch Ratings” agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olmaq mümkündür.