Bank Of Baku

"Expressbank" "Gənclər günü" münasibətilə aksiya keçirir - FOTO

"Expressbank" "Gənclər günü" münasibətilə aksiya keçirir - <span style="color: red;">FOTO
# 02 fevral 2015 09:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” 2 fevral - Gənclər günü münasibətilə yeni kredit aksiyası təqdim edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya fevralın 14-dək davam edəcək.

 

Aksiyanın şərtlərinə görə, nağd pul krediti götürmək istəyən, yaşı 35-dək olan müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunacaqlar. Kreditin məbləği 10 000 manatadək, maksimal müddəti isə 36 aydır. Üstəlik müştərilərə SmileCard taksit kartı hədiyyə ediləcək.

 

Qeyd edək ki, “Expressbank” müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 160-dək “ExpressPay” ödəniş terminalı var.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR