Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” “28 Mall” ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqə keçirib. Bu il fevralın 4-də müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq “Visa Platinum” + 500 manat, “Visa Gold” + 300 manat və “Visa Classic” + 100 manat təqdim olunub. Digər 7 iştirakçıya isə “Expressbank” adından korporativ hədiyyələr verilib.
Qeyd edək ki, müsabiqə II mərhələdə keçirilib. I mərhələnin şərtlərinə görə, əvvəlcə iştirakçılar “28 Mall” ticarət mərkəzində olan “Expressbank”ın şam ağacının fonunda təbəssümlə şəkil çəkdirməli və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməli idilər. II mərhələdə isə, seçilən 10 şəkil “Expressbank”ın Facebook səhifəsində yerləşdirilib və “like”lar vasitəsilə səsvermə keçirilib.
“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 160-dək ExpressPay ödəniş terminalı var. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.