"Exspressbank" ASC-nin aktivlərinin həcmi 2017-ci il oktyabrın 1-nə 290,528 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,88% çoxdur.
"APA-Economics" bankın balans hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 18,65% azalaraq 165,744 mln. manat olub.
2017-ci ilin 3-cü rübündə bankın istehlak kreditlərinin həcmi 73,315 mln. manata çatdırılıb ki, bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə 21,44% artım deməkdir.
Bankın depozit portfeli 62,66% artaraq 129,326 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 15,74% artaraq 76,250 mln. manata çatıb.
Bir il ərzində bankın məcmu kapitalı 3,73% artaraq 139 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 137,257 mln. manat təşkil edib.
Bankın gəlirləri 18,97% azalaraq 29,491 mln. manat, xərcləri isə 3 dəfə artaraq 75,770 mln. manat olub.
Cari ilin 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 828 min manat təşkil edib.