Bank Of Baku

"Exspressbank" aktivlərini 40%-dən çox artırıb

"Exspressbank" aktivlərini 40%-dən çox artırıb
# 26 yanvar 2015 11:13 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Exspressbank"ın aktivlərinin həcmi 2015-ci ilin yanvarın 1-nə 330,989 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 41,75% çoxdur.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 17,01% artaraq 207,882 mln. manat olub.

 

2014-cü ilin sonunda bankın istehlak kreditlərinin həcmi 73,303 mln. manata çatdırılıb ki, bu rəqəm 2013-cü ilin eyni dövrü ilə müqayisədə 30,97% artım deməkdir.

 

Hesabat dövründə bankın ipoteka kreditlərinin həcmi 1,66 dəfə artaraq 5,363 mln. manat olub və kreditlərin hamısı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2,05% artaraq 4,821 mln. manat olub ki, bu da ümumi kredit portfelinin cəmi 2,32% ni təşkil edir.

 

Ötən il "Exspressbank"ın depozit portfeli 74,49% artaraq 166,621 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 33,41% artaraq 51,319 mln. manata çatıb.

 

Bir il ərzində bankın məcmu kapitalı 10,32% artaraq 140,889 mln. manata çatdığı halda, nizamnamə kapitalı 9,02% artaraq 122,444 mln. manat təşkil edib.

 

Bankın gəlirləri 1,36 dəfə artaraq 48,754 mln. manat, xərcləri isə 1,32 dəfə artaraq 33,953 mln. manat olub.

 

2014-cü il ərzində bankın əldə etdiyi mənfəət 14,801 mln. manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 16 filialı, 81 bankomatı, 4 570 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR