Bank Of Baku

"FINCA Azerbaijan" filial şəbəkəsini optimallaşdırmaq niyyətindədir

"FINCA Azerbaijan" filial şəbəkəsini optimallaşdırmaq niyyətindədir
# 30 sentyabr 2015 10:22 (UTC +04:00)

Bakı - APA-Economics. "FINCA Azerbaijan" bank-olmayan kredit təşkilatı (BOKT) hazırkı iqtisadi şəraitdə dayanıqlı inkişafını təmin etmək və rəqabətlilik qabiliyyətini saxlamaq məqsədi ilə yaxın gələcəkdə bir sıra mühüm addımlar atmaq niyyətindədir.

 

BOKT-dan "APA-Economics"ə verilən məlumata görə, bunlar sırasına sadə kreditləşmə və məsuliyyətli borclanmanı ehtiva edən yeni çeşiddə məhsul və xidmətlər təqdim etmək, müştərilərə xidmət göstərərkən innovativ üstünlüklərdən faydalanmaq,  ödənişlərin terminallar vasitəsi ilə edilməsini optimallaşdırmaq və rəqabət şəraitində çətin sınaqları fürsətə çevirərək təşkilatın mövqeyini mikro maliyyə bazarında daha da möhkəmləndirilməsi daxildir.

 

Məlum devalvasiyanın təsirindən sonra hazırkı iqtisadi vəziyyət və kredit məhsullarına  müştəri tələbatının zəifləməsi şəraitində “FINCA Azerbaijan” dayanıqlı inkişafını təmin edəcək daha çevik qərarlar qəbul etməyi planlaşdırır. BOKT son dəyişikliklər fonunda ölkə ərazisində yerləşən filiallarının yenidən qiymətləndirməsini aparır. Təşkilat mövcud filialları vasitəsi ilə müştərilərə daha yaxşı xidmət göstərilməsi mümkün olan ərazilərdə bir-birinə yaxın və həcmcə kiçik olan ofislərdən bir neçəsini bağlaya və gələcəkdə bu gün xidmət göstərmədiyi digər rayonlarda yeni ofislər aça bilər.

 

“Bizim hazırkı iqtisadi çətinliklər dövründən daha fokuslu, daha rəqabətli şirkət kimi çıxa biləcəyimizə və Azərbaycan ərazisində hədəf müştəri seqmentinə xidmət göstərən dayanıqlı şirkət olacağımıza əminəm. Ən vacibi isə biz müştərilərə mükəmməl təcrübə yaşatmaq üçün daha güclü mövqedə olacağıq ki, bu da bizim bu gün və gələcək üçün məqsədimizdir”, - deyə BOKT-un ölkə üzrə direktoru Timoti Tarrant bildirib.

 

“FINCA Azerbaijan” hal-hazırda mükəmməl müştəri xidmətləri təcrübəsini təmin edən şirkət olmaq hədəfinə doğru irəliləyir. Təşkilat bunun üçün iş tərzini ehtiyaclara uyğun dəyişir, biznes proseslərini yenidən nəzərdən keçirir və hər zaman müştərilərini düşünərək onların istək və ehtiyaclarına hesablanmış yeni çeşiddə məhsul və xidmətlər təqdim olunması istiqamətində fəaliyyətini daha da təkmilləşdirir.

 

“FINCA Azerbaijan” Azərbaycanın ən böyük mikromaliyyə müəssisələrindən biri olaraq 1998-ci ildən etibarən aztəminatlı ailələrin, kiçik və orta sahibkarların həyat standartlarının yaxşılaşdırılmasını özünə missiya seçmiş və onlara maliyyə xidmətləri göstərən bir təşkilatdır. Təşkilat dünyanın 23 ölkəsində fəaliyyət göstərən “FINCA International”ın Azərbaycandakı törəmə müəssisəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR