Azərbaycanda iri sement istehsalçılarından olan “HGC Group”MMC nizamnamə kapitalını 2 dəfədən çox azaldır.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, “HGC Group”MMC 360 mln. 110 manat məbləğində olan nizamnamə kapitalını azaldaraq 170 mln. manat məbləğində müəyyən edib.
Qeyd edək ki, Qazaxda yerləşən “HGC Group”MMC il ərzində 1 mln. ton sement istehsal edir.