Bank Of Baku

"Gilan Holding" insan resursları üzrə master-klass keçirəcək

"Gilan Holding" insan resursları üzrə master-klass keçirəcək
# 31 oktyabr 2017 06:20 (UTC +04:00)

"Gilan Holding" LEORON Peşəkar İnkişaf İnstitutu ilə birgə insan resurslarının idarə edilməsi sahəsində çalışan mütəxəssislər üçün "Müştəriyə İstiqamətlənmiş İnsan Resursları" adlı master-klass keçirəcək.  

 

17 Noyabr tarixində Pullman Bakı Otelində keçiriləcək tədbirin əsas məqsədlərindən biri yaradıcı və innovativ İR peşəkarlarını bir araya toplamaqla, İR sahəsinin gələcəyini formalaşdıracaq yeni yanaşmaları müzakirə etməkdir.

 

Bu mühüm tədbirdə beynəlxalq səviyyəli ekspertlər və yerli şirkətlərin insan resurslarını idarə edənlər iştirakçılarla öz bilikləri və fikirləri ilə bölüşüb, onların suallarına cavab verəcəklər.

 

Tədbir zamanı İR sahəsində Azərbaycan üçün aktual olan məsələlər, qlobal meyllər və gələcək perspektivlər müzakirə olunacaq. Həmçinin iştirakçılar qruplara bölünərək, müxtəlif təlimlərə qatılacaqlar.

 

Bu tədbir iştirakçılara əlavə biliklərin əldə edilməsi ilə yanaşı yeni işgüzər əlaqələrin qurulmasında da kömək edəcək.

 

"Gilan Holding" və LEORON Peşəkar İnkişaf İnstitutu ölkənin İR-mütəxəssislərini bu tədbirə qatılmağa dəvət edirlər.

 

Tədbir haqqında daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün aşağıdakı keçiddən istifadə etmək olar:

 

http://hr-masterclass.gilanholding.com/az/

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR