“İpək Yolu Sığorta” ASC ötən il aktivlərini artırıb. "APA-Economics" şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “İpək Yolu Sığorta”nın məcmu aktivləri 2015-ci il ilə müqayisədə 23,4% artaraq 38 mln. 524,876 min manat olub.
Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 253,722 min manat, qısamüddətli aktivləri 38 mln. 271,154 min manat təşkil edib.
Hesabat dövründə şirkətin öhdəlikləri 63,8% artaraq 13 mln. 759,022 min manat olub ki, bu da uzunmüddətli öhdəliklərin göstəricisidir.
Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 14 mln. 770 min manat, məcmu kapitalı isə 8,6% artaraq 22 mln. 807 min 955,36 manat təşkil edib.
2016-cı ildə “İpək Yolu Sığorta”nın cəmi gəlirləri 23 mln. 484 min 72,26 manat, cəmi xərcləri 19 mln. 183 min 550,07 manat olub.
Şirkət ötən ili 3 mln. 440 min 417,75 manat mənfəətlə başa vurub.