Bank Of Baku

Manat dollara nisbətən dəyərdən düşüb, avro ilə müqayisədə möhkəmlənib

 Manat dollara nisbətən dəyərdən düşüb, avro ilə müqayisədə möhkəmlənib
# 20 fevral 2015 07:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi bankının fevralın 20-nə olan rəsmi məzənnəsinə əsasən, 1 ABŞ dolları 0,7862 manat səviyyəsində qərarlaşıb.


APA-Economics”in məlumatına görə, bu göstərici ötən gün ilə müqayisədə 0,064% artım deməkdir.

Ümumilikdə, AMB-nin məzənnə siyasətini dəyişdiyini elan etdiyi gündən, yəni fevralın 16-dan etibarən (həmin gün dolların məzənnəsi 0,7844 manat olub) dollar manata qarşı 0,23% bahalaşıb.

Bundan başqa, bivalyuta səbətində yer alan avronun məzənnəsi ötən gün ilə müqayisədə 0,38% azalaraq 0,8934 manat təşkil edib.

Məzənnə siyasəti dəyişildiyi gündən isə (həmin gün avronun məzənnəsi 0,8962 manat olub) avro manatla nisbətdə 0,31% möhkəmlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR