"Muğanbank" ASC-nin işçilərini sayında azalma müşahidə olunur.
"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, cari ilin iyul ayının 1-ə bankın işçilərinin sayı 824 nəfər təşkil edib. Halbuki, cari ilin I rübünün sonunda işçi heyəti 838 nəfərdən ibarət olub.
Ötən ilin yekununda bankda işləyənlərin sayı 908 idi. Beləliklə, 6 ay ərzində bankın sıralarını 84 nəfər tərk edib.