Bank Of Baku

"NBC Bank" aktivlərini artırıb

"NBC Bank" aktivlərini artırıb
# 04 fevral 2015 10:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il yanvarın 1-nə “NBC Bank”ın aktivlərinin həcmi 138,106 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,81% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 24,97% artaraq 122,159 mln. manat olub.

 

Ötən il istehlak kreditlərinin həcmi 52,871 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 22,36% azalma deməkdir.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi isə 0,87% azalaraq 5,872 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 10,88% artaraq 58,039 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 11,47% artaraq 56,123 mln. manat olub.

 

Bir il ərzində bankın məcmu kapitalı 29,39% artaraq 50,202 mln. manat, nizamnamə kapitalı isə 27,37% artaraq 46 mln. 536 min  manat təşkil edib.

 

Bankın gəlirləri hesabat dövründə 23,77% artaraq 19,261 mln. manata, xərcləri isə təxminən 17,78% artaraq 17,801 mln. manata çatıb.

 

Ümumilikdə isə, ötən il “NBC Bank” 1 mln. 460 min manat gəlir əldə edib.

 

Hazırda bankın ölkə üzrə 11 filialı, 17 bankomatı, 65 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR