Bank Of Baku

"PAŞA Bank"ın mənfəəti 30 mln. manata yaxınlaşır

"PAŞA Bank"ın mənfəəti 30 mln. manata yaxınlaşır
# 30 oktyabr 2017 12:59 (UTC +04:00)

"PAŞA Bank" ASC-nin aktivlərinin həcmi 2017-ci il oktyabrın 1-nə 3 mlrd. 457,155 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24,67% çoxdur.


"APA-Economics" bankın balans hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 22,31% artaraq 903,571 mln. manat olub.
 

Bankın depozit portfeli 39,94% artaraq 2 mlrd. 787,928 mln. manata çatıb.
 

"PAŞA Bank"ın məcmu kapitalı 3,7% artaraq 375,063 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 333 mln. manat təşkil edib.
 

Cari ilin III rübündə bankın əldə etdiyi mənfəət 15,539 mln. manat, il üzrə isə 29,070 mln. manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR