Bank Of Baku

"Rabitəbank" kapitalını kəskin artırıb

"Rabitəbank" kapitalını kəskin artırıb
# 31 oktyabr 2017 13:42 (UTC +04:00)

2017-ci il oktyabrın 1-ə "Rabitəbank" ASC-nin aktivlərinin həcmi 730,308 mln. manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,95% çoxdur.


"APA-Economics" bankın balans hesabatına istinadən xəbər verir ki, hesabat dövrünün sonuna bankın kredit portfeli 198,372 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,98% azalmadan xəbər verir. Bankın istehlak kreditləşməsini 14,39% və 6,591 mln. manatadək azaldıb.


Cari ilin oktyabrın 1-nə bankın depozit portfeli 7,25% azalaraq 197,841 mln. manata çatıb. Ümumilikdə bankın öhdəlikləri ötən illə müqayisədə 37,93% artaraq 644,623 mln. manata çatıb.

Üçüncü rübün sonuna bankın məcmu kapitalı 78,27% artaraq 105 mln. 137 min manat, nizamnamə kapitalı isə 82,47% artaraq 88,500 mln. manat olub.


Hesabat dövründə bankın gəlirləri 8,66% azalaraq 29,074 mln. manat, xərcləri isə 7,61% azalaraq 14,423 mln. manat təşkil edib.


Bank üçüncü rübü 642 min manatlıq mənfəətlə başa vurub.


"Rabitəbank" 1993-cü ildə Azərbaycan Milli Bankı tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR