Bakı - APA-Economics. "Rabitəbank" 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin bütün əməkdaşlarını təbrik edir və onlar üçün özəl aksiyaya start verir.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, 22 iyun - 3 iyul 2015-ci il tarixlərini əhatə edən bu aksiyanın şərtlərinə əsasən banka nağd pul krediti üçün müraciət edən Silahlı Qüvvələrin bütün əməkdaşları komissiya xərclərindən azad edilir.
0% komissiya xərcləri ilə 10 000 ABŞ dolları məbləğinə qədər verilən nağd pul kreditini əldə etmək üçün Silahlı Qüvvələrin əməkdaşları "Rabitəbank"ın Azərbaycanın əksər regionlarında fəaliyyət göstərən 2 şöbə və 22 filial şəbəkəsinin istənilən ünvanına sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə və iş yerindən arayışı bankdan uzaqlaşmadan elektron şəkildə əldə etməklə faydalana bilərlər.
"Rabitəbank"ın təqdim etdiyi nağd pul və digər kredit məhsulları haqqında ətraflı məlumatı bu linkə daxil olmaqla əldə edə bilərsiniz.
Qeyd edək ki, "Rabitəbank" ASC ölkədə fəaliyyət göstərdiyi 22 il ərzində kiçik və orta biznesin əsas tərəfdaşı kimi bazarda mövqeyini qoruyub saxlamaqdadır.