Bank Of Baku

"Rabitəbank"ın kredit portfeli 37% artıb

"Rabitəbank"ın kredit portfeli 37% artıb
# 25 iyul 2018 10:59 (UTC +04:00)

2018-ci il iyulun 1-ə “Rabitəbank” ASC-nin aktivlərinin həcmi 712,492 mln. manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,68% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, cari ilin altı rübündə bankın kredit portfeli 263,344 mln. manat olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 36,74% artım deməkdir.

 

Hesabat dövründə bankın öhdəliklərinin həcmi 7,55% artaraq 625,709 mln. manat təşkil edib.

 

Bankın nizamnamə kapitalı 14,46% artaraq 101,300. manat, məcmu kapital isə 4,98% azalaraq 100,431 mln. manat təşkil edib.

 

Hesabat dövründə bankın gəlirləri 21 mln. 946 min manat, xərcləri isə 10 mln. 612 min manat olub.

 

“Rabitəbank” cari ilin ilk 6 ayını 311 min manatlıq xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR