Bank Of Baku

"Rabitəbank"ın Lənkəran filialı yeni ofisə köçüb - FOTO

"Rabitəbank"ın Lənkəran filialı yeni ofisə köçüb - <span style="color: red;">FOTO
# 27 yanvar 2015 12:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Rabitəbank" ASC-nin Lənkəran filialı daha rahat və geniş ofisə köçürülüb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müasir avadanlıqlarla və yeni üslubda tərtib edilən filial korporativ standartlara uyğun olaraq müştərilərin istifadəsinə verilib.

 

Belə ki, bu gündən etibarən, “Rabitəbank”ın Lənkəran filialı Mir Mustafaxan 19,  ünvanında öz fəaliyyətini davam etdirir. 

 

Bankın yeni ofisi, iş günləri 09:00-dan 16:30-dək, şənbə günləri isə saat 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərir.

 

Filial müştərilərə istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və plastik kartlar xidmətlərini geniş çeşiddə təklif edir.

 

Yeri gəlmişkən, filialın açılışı münasibətilə “Rabitəbank” Lənkəran əhalisi üçün möhtəşəm kampaniya keçirir. Fevral ayında müştərilər Lənkəran filialından mikrokreditlər üzrə 0% komissiya, nağd pul  və lombard kreditləri üzrə 2% endirim əldə edə biləcəklər. Fevralın 28-dək davam edəcək kampaniyadan yalnız Lənkəran filialın müştəriləri faydalana bilərlər.

 

Qeyd edək ki, hazırda “Rabitabank” ASC-nin 22 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 17-si  isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.

 

1993-cü ildə fəaliyyətə başlayan “Rabitabank” tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirib və universal banka çevrilib.

 

Fəaliyyət göstərdiyi 21 il ərzində “Rabitəbank” ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan ibarət filial şəbəkəsi qurub. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaradıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR