2016-cı il oktyabrın 1-ə “Rabitəbank” ASC-nin aktivlərinin həcmi 510,851 mln. manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 46% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrünün sonuna bankın kredit portfeli 180,632 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,24% azalma deməkdir.
Bankın öhdəlikləri ötən illə müqayisədə 62,14% artaraq 467,322 mln. manata çatıb.
Bankın məcmu kapitalı hesabat dövründə 9,24% azalaraq 58 mln. 735 min manat təşkil edib.
Hesabat dövründə bankın gəlirləri 31,407 mln. manat, xərcləri isə 15,445 mln. manat təşkil edib.
“Rabitəbank” cari ilin 9 ayında 7 mln. 416 min manatlıq mənfəət əldə edib.