Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Samsung Electronics Co Ltd.” son üç ildə ilk dəfə 2014-cü ildə gəlirlərinin azaldığını açıqlayıb.
"APA-Economics"in "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, azalma tendensiyası yerli (ölkələr üzrə) şöbələrdəki mobil cihazların satışının aşağı göstəriciləri ilə əlaqədardır.
Ötən il şirkətin əməliyyat gəlirləri 36,8 trln. Koreya vonundan 25 trln. vona düşüb. Bu, 2011-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.
Smartfonların və digər mobil cihazların satışından əldə olunan gəlir illik müqayisədə ötən ilin 3-cü rübündə 64% azalaraq 1,96 trln. von təşkil edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən 1 Koreya vonu 0,717 manatdır.