Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin iyunun 1-ə "TuranBank"ın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 39%, ilin əvvəlinə nisbətən isə 18% artaraq 377,1 mln. manat təşkil edib.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, bankın kredit portfeli isə ötən ilin yanvar-may ayı ilə müqayisədə 35%, ilin əvvəlindən isə 20% artaraq 264,9 mln. manata çatıb.
Bu ilin 5 ayında bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 35%, ilin əvvəlinə nisbətən isə 22% artaraq 174,8 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 25,9%, cari ilin əvvəli ilə müqayisədə isə 14,5% artaraq 82,7 mln. manat olub.
2015-ci ilin iyun ayının 1-ə bankın nizamnamə kapitalı 47 mln. manat, məcmu kapitalı isə 51,7 mln. manat təşkil edib.
Cari ilin yanvar-may aylarının fəaliyyət nəticələrinə əsasən, bankın gəlirləri 13,085 mln. manat, xərcləri isə 14,005 mln. manat olub.
Bu ilin 5 ayını bank 920 min manatlıq zərərlə başa vurub.