Bank Of Baku

"Turanbank" nizamnamə kapitalını artırıb, bankın səhmdarlarının pay bölgüsü dəyişib

"Turanbank" nizamnamə kapitalını artırıb, bankın səhmdarlarının pay bölgüsü dəyişib
# 23 iyun 2015 11:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Turanbank" nizamnamə kapitalını 3 mln. 386 manat və ya 6,38% artırıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, iyunun ayının 1-ə bankın nizamnamə kapitalı 47 mln. 2,080 min manat olduğu halda, hazırda bu göstərici 50 mln. 2,466 min manat təşkil edir.

 

Bununla yanaşı, nizamnamə kapitalı artığından səhmdarlarının pay bölgüsündə də dəyişiklik baş verib.

 

Bankın səhmdarlarından olan 6 hüquqi şəxsin payında 0,17% və ya 956 min 488 manatlıq artım baş verib. İndi 6 hüquqi şəxs bankın səhmlərinin 29,20%-lik hissəsinə nəzarət edir.

 

Bundan başqa, bankın digər səhmdarları olan 22 fiziki şəxsin sahib olduqları payın nizamnamə kapitalında çəkisində faiz etibarı ilə azalma qeydə alınıb. Belə ki, bankın nizamnamə kapitalı artmazdan öncə 22 fiziki şəxs 70,97%-lik paya sahib olub. İndi isə bankın səhmlərinin 70,80%-i 22 fiziki şəxsə məxsusdur. Başqa sözlə, bankın səhmdarı olan fiziki şəxslərin payı 35 399 794 manatdır.

 

Qeyd edək ki, hazırda “Turanbank”ın 28 səhmdarı var ki, onlardan 22-si fiziki şəxs, 6-sı hüquqi şəxsdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR