Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Unibank" "Gənclər günü" ilə bağlı 1 həftə davam edən kampaniyaya başlayıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniya 18-35 yaş arası bütün gəncləri əhatə edir.
Gənclər günü ilə bağlı kampaniya çərçivəsində banka müraciət edən yaşı 18-35 olan müştərilər “Unibank”dan pulsuz Mastercard Standart kartı əldə edə biləcəklər. 20-35 yaş arası hər bir gənc bankın komissiya xərclərinə 50% endirimli nağd kreditlərindən faydalana biləcəklər. Tələbələrə isə xüsusi imkan yaradılacaq. 18-23 yaş arası gənclər kampaniya çərçivəsində banka müraciət edərək limiti minimum 100 manat olan Albalı Plus kartı əldə edə biləcəklər.
Qeyd edək ki, fevralın 2-dən başlayan kampaniya fevralın 7-dək davam edəcək.
“Unibank” dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “The Banker” jurnalı tərəfindən “İlin bankı” seçilib. “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, “Unibank”ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.