Bakı - APA-Economics. "Unileasing" QSC-nin aktivləri 2015-ci ildə 47 mln. 224,610 min manat təşkil edib. "APA-Economics" xəbər verir ki, bu, 2014-cü illə müqayisədə 2,48% azdır.
Aktivlərin 21,679 mln. manatı uzunmüddətli, 25,545 mln. manatı isə qısamüddətlidir.
Hesabat dövründə şirkətin öhdəlikləri 44,81% artaraq 66 mln. 908,307 min manata çatıb. Öhdəliklərin strukturuna nəzərə saldıqda məlum olur ki, burada 64,150 mln. manat bank kreditlərinin payına düşür.
Şirkətin məcmu kapitalı mənfi 19,684 mln. manatdır.
QSC-nin nizamnamə kapitalı 1,8 mln. manat təşkil edir.
Şirkət ötən ili 21 mln. 890,632 min manat məbləğində zərərlə başa vurub.