Bank Of Baku

"Zaminbank" I rübdə aktivlərini 3% azaldıb

"Zaminbank" I rübdə aktivlərini 3% azaldıb
# 17 may 2016 08:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Zaminbank”ın aktivlərinin həcmi 2016-cı ilin I rübündə 498,737 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,94% azdır.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,72% azalaraq 302,161 mln. manat olub.

 

İstehlak kreditlərinin həcmi 201,126 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 8,15% azdır.

 

İpoteka kreditlərinin həcmi 67,793 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 44,4% çoxdur və kreditlərin 56,458 mln. (83,3%)  manatı İpoteka Fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

Hesabat dövründə kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 19,76% artaraq 15,217 mln. manata çatıb.

 

Depozit portfeli 20,24% azalaraq 80,784 mln. manata enib. Əhalinin əmanətlərinin həcmi isə 72,394 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 23,8% azalma deməkdir.

 

Bir il ərzində bankın məcmu kapitalı 1,7% artaraq 58,316 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 52 mln. 181,8 min manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 18,43% artaraq 6,026 mln. manat, xərcləri isə 7,22% azalaraq 4,023 mln. manat təşkil edib.

 

Cari ilin ilk üç ayı ərzində bank 2,003 mln. manat mənfəətlə başa vurub.

 

Hazırda bankın ölkə üzrə 57 filialı, 39 bankomatı, 1891 POS-terminalı fəaliyyət göstərir.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR