"Ziraat Bank Azərbaycan" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin III rübündə 167,796 mln. manat təşkil edib ki, bu da ötən illə müqayisədə 43,04% çoxdur.
"APA-Economics" bankın balans hesabatına istinadən xəbər verir ki, bankın kredit 2,16 dəfə artaraq 70,174 mln. manat olub.
Oktyabr ayının 1-nə bankın depozit portfelinin həcmi 2,04 dəfə artaraq 61,149 mln. manata, əhalinin əmanətləri isə 2,41 dəfə artaraq 40 mln. 860,5 min manata çatıb.
Hesabat dövründə bankın öhdəlikləri 79,39% artaraq 103,525 mln. manata bərabər olub.
Bankın nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat olduğu halda, məcmu kapitalı 5,94% artaraq 62 mln. 792,83 min manat təşkil edib çatıb.
"Ziraat Bank Azərbaycan" cari ilin III rübünü 3,157 mln. manat məbləğində mənfəətlə başa vurub.
"Ziraat Bank Azərbaycan" ASC Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş lisenziya əsasında fəaliyyətə başlayıb.
Bankın üç səhmdarı var: "T.C.Ziraat Bankası Anonim Şirkəti" (99,98%), "Ziraat Sigorta Anonim Şirkəti" (0,01%) və "Ziraat Yatırım Menkul Değerler Anonim Şirkəti" (0,01%).