Bank Of Baku

AİB: Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı bizim üçün prioritetdir

AİB: Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı bizim üçün prioritetdir
# 24 aprel 2018 08:24 (UTC +04:00)

Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsinə dəstək məqsədilə qısa müddətli perspektivdən orta müddətli perspektivədək Asiya İnkişaf Bankının (AİB) Azərbaycana yardımı dövlət sektorun idarəedilməsi, nəqliyyat, enerji, eləcə də şəhər infrastrukturu və özəl sektorun inkişafı sahələrini əhatə edəcək.

 

APA-Economics” ” bankın yaydığı məlumata istinadən xəbər verir ki, dövlət sektorunun idarəediməsində AİB dövlət sektorunun effektivliyinin artırılmasına, o cümlədən özəl sektorun ölkə iqtisadiyyatında iştirakına yardım edəcək. “AİB Azərbaycanın əlaqə gücünün artırılması üçün nəqliyyat dəhlizlərinin inkişafını prioritetləşdirəcək, bərpa olunan enerji mənbələrinin istifadəsinin genişlənməsinə dəstək olacaq, enerji sektorunun maliyyə dayanıqlılığını genişləndirəcək və elektrik paylayıcı şəbəkələri inkişaf etdirəcək,” – deyə məlumatda qeyd olunub.

 

Məlumatda bildirilib ki, AİB özəl sektor əməliyyatları üzrə əsasən ticarət, maliyyə, kiçik və ota sahibkarlığın genişləndirilməsi və infrastrukturun inkişafı sahələrində yeni imkanlar axtarışındadır: “AİB-in Azərbaycandakı aktiv dövlət sektoru portfeli 1,85 milyard dollar məbləğindəki 7 yeddi layihədən ibarətdir ki, bunların 49 faizi nəqliyyat, 24 faiz su təchizatı və sanitariya, 13,5 faizi isə enerji və dövlət sektorunun idarəedilməsi sahələrinə aiddir. AİB və Azərbaycan ölkənin ətraf-mühit və sosial təhlükəsizlik sistemlərinin gücləndirilməsi üçün birgə çalışır. Bu istiqamətdə əsas diqqət isə investisiyaların iqtisadi və maliyyə dayanıqlığının artırılmasına yönəlib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR