Bank Of Baku

ADB indiyədək Azərbaycana 2,8 mlrd. dollar kredit ayırıb

ADB indiyədək Azərbaycana 2,8 mlrd. dollar kredit ayırıb
# 15 noyabr 2016 12:49 (UTC +04:00)

“Azərbaycana səfərim çərçivəsində hal-hazırda mövcud iqtisadi çağırışlar dövründə ölkəyə hansı şəkildə səmərəli dəstək verəcəyimizi müzakirə edəcəyik”.

 

APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirdiyi mətbuat konfransında Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) vitse-prezidenti Vençay Zanq deyib.

 

Onun sözlərinə görə, iki gün ərzində Azərbaycanın ADB-yə üzv olduğu gündən bəri aparılan əməkdaşlıq müzakirə olunub: “Azərbaycanın son iqtisadi durumu haqqında məlumat almaq üçün Bakıdayam. 17 il ərzində Asiya İnkişaf Bankı Azərbaycana təxminən 2,8 milyard dollar kredit ayırıb. Hal-hazırda isə hökumət rəsmiləri ilə 2017-2019-cu illəri əhatə edəcək fəaliyyət və əməkdaşlıq planlarını da müzakirə edirik”.

 

V. Zanq əlavə edib ki, səfər çərçivəsində struktur islahatlar, gələcək inkişaf, texniki yardım məsələləri də əsas müzakirə mövzusu olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR