2017-ci ilin III rübündə "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) aktivləri 874 mln. 415,142 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 29,24% çoxdur.
"APA-Economics" AİF-in saytında yer alan balans hesabatına istinadən xəbər verir ki, aktivlərin 72,2%-i və ya 631 mln. 563,7 min manatı ipoteka kreditlərinin payına düşür. Ödəniş tarixinədək saxlanılan investisiyaların məbləği 127 mln. 573,975 min manat təşkil edir ki, bu da aktivlərin 14,6%-dir. Hesabat dövrünün sonuna AİF-in banklarda yerləşdirdiyi depozitlərin məbləği 58 mln. 828,782 min manatdır. Beləliklə, aktivlərin 6,7%-i banklarda depozit formasında yerləşdirilib.
Rübün sonuna Fondun öhdəliklərinin həcmi 471 mln. 993,794 min manat təşkil edib ki, bu da ötən ilin III rübünün sonu ilə müqayisədə 37,15% çoxdur.
Öhdəliklərin 98,7%-i və ya 465 mln. 712,175 min manatı buraxılmış qiymətli kağızların payına düşür.
AİF-in nizamnamə kapitalı 14,42% artaraq 377 mln. 278,903 min manata çatıb.
Cari maliyyə ilinin mənfəəti 13 mln. 210,836 min manat təşkil halda, bölüşdürülməmiş mənfəət 7 mln. 53,987 min manatdır.