Bank Of Baku

AİF ipoteka kreditləri üzrə ödənişlərin qəbulu proseslərini təkmilləşdirir

AİF ipoteka kreditləri üzrə ödənişlərin qəbulu proseslərini təkmilləşdirir
# 21 yanvar 2017 07:24 (UTC +04:00)

Azərbaycan İpoteka Fondu ASC ipoteka kreditləri üzrə ödənişlərin qəbulu proseslərinin təkmilləşdirilməsi və yeni ödəniş imkanlarının yaradılması üzrə xidmətlərin satınalmalarının müddətini uzadıb.

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, “İnformasiya Mübadiləsi Modulu”nda ipoteka kreditləri üzrə ödənişlərin qəbulu proseslərinin təkmilləşdirilməsi və yeni ödəniş imkanlarının yaradılması, eləcə də “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu” (ABMUS) proqramında ödənişlərin icrası modulunun yaradılması və Cəmiyyətin vəsaiti hesabına verilən kreditlərin uçotu prosesinin təkmilləşdirilməsi üzrə xidmət təkliflərinin cəlb olunması üzrə satınalmanın müddəti uzadılıb.

 

Satınalma üzrə ilkin sənədlər 26 yanvar 2017-ci il saat 18:00-dək, təklif zərfləri isə 06 fevral 2017-ci il saat 18:00-dək Cəmiyyətin Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək.

 

Məsələ üzrə zərflər 07 fevral 2017-ci il saat 15:00-da Cəmiyyətin inzibati binasında açılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR