Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində büdcə vəsaitlərinin istifadəsi yoxlanılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində büdcə vəsaitlərinin istifadəsi yoxlanılıb
# 19 yanvar 2017 12:48 (UTC +04:00)

Bu gün Hesablama Palatasının  Kollegiya iclası keçirilib.

 

APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarının proqnozlaşdırılması, hesablanması və ödənilməsi vəziyyətinə, dövlət büdcəsindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə və onun struktur vahidlərinə (seçmə üsulla) dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və icrasına, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə və tabeliyində olan müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticələri üzrə təqdimatın icra vəziyyəti barədə hesabatlar müzakirə olunub.

 

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR