Bank Of Baku

AMB: Problemli kreditlərin həcmi 13% azalıb

AMB: Problemli kreditlərin həcmi 13% azalıb
# 09 mart 2016 14:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin fevralın 1-ə 1 mlrd. 314,6 mln. manat təşkil edib.

 


"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 283,7 mln. manat və ya 27,52% çoxdur.

 

Ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında problemli kreditlərin həcmi 193,9 mln. manat və ya 12,85% azalıb.


Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 6,2% təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR