Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin mayın 1-nə müştərilər tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 685 mln. manat təşkil edib.
“APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. 2015-ci ilin aprel ayı ilə müqayisədə bu ilin eyni dövründə bu göstərici 32,2 mln. manat və ya 0,42% azalıb.
Bununla yanaşı, bu ilin aprelində əmanətlərin həcmi 203,9 mln. manat və ya 2,58% azalıb. Ümumiyyətlə, bu ilin əvvəlindən banklarda olan əmanətlərin həcmi 1 788,9 mln. manat və ya 18,88% azalıb.