Bank Of Baku

Apreldə banklar kreditləşməni 1,5%-dən çox artırıb

Apreldə banklar kreditləşməni 1,5%-dən çox artırıb
# 01 iyun 2018 09:52 (UTC +04:00)

Bankların müştərilərə verdiyi kreditlərin həcmi artıb.

 

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bu ilin mayın birinə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 422,6 mln. manat təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 173 mln. manat və ya 1,54% artım deməkdir.

 

Ümumiyyətlə, bir il ərzində banklar kreditləşməni 3 mlrd. 611,4 mln. manat və ya 24% azaldıb.  

 

Hesabat dövründə banklar kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 mlrd. 661,8 mln. manat məqsədli ehtiyat ayırıb. Bu, mart ayındakı göstəricidən 7,8 mln. manat və ya 0,47% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR