Bank Of Baku

Apreldə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 21 mindən çox müraciət daxil olub

Apreldə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 21 mindən çox müraciət daxil olub
# 15 may 2015 18:28 (UTC +04:00)

Bakı- APA-Economics. 2015-ci ilin aprel ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzində canlı əlaqə zamanı 21 100 müraciət cavablandırılıb.

 

APA-Economics” Vergilər Nazirliyinin saytına istinadən xəbər verir ki, vergi ödəyiciləri 2879 dəfə vergi borcu, 1304 dəfə isə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edib,  onlara 136474, o cümlədən 134399  qısa və 2075 ikitərəfli mesaj göndərilib.

 

Aprel ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 339899 daxilolma qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR