Bank Of Baku

ARDNF 2015-ci ildə AÇQ və “Şahdəniz” üzrə gəlirlərini açıqlayıb

ARDNF 2015-ci ildə AÇQ və “Şahdəniz” üzrə gəlirlərini açıqlayıb
# 19 yanvar 2016 14:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2015-ci ildə əldə edilən gəlirlərini açıqlayıb.

 

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin yanvar-dekabr aylarında AÇQ yataqları üzrə fond 6,9 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 323 mln. ABŞ dolları həcmində gəlir əldə edib.

 

Ümumiyyətlə, 2001-ci ildən etibarən 31.12.2015 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 117 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2,4 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.

 

2001-ci ildən bu ilin əvvəlinə qədər vəsaitlərin idarə edilməsindən 3,6 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR