Bank Of Baku

ARDNF VTB-dən aralıq dividendi ala bilməyib

ARDNF VTB-dən aralıq dividendi ala bilməyib
# 14 noyabr 2016 08:16 (UTC +04:00)

"Bank VTB" publik səhmdar bankının səhmdarlarının növbədənkənar iclasında Müşahidə Şurası cari ilin 9 ayında əldə olunan 17,87 mlrd. rubl həcmində dividendlərin imtiyazlı səhmlərə yönəlməsini tövsiyə edib. "APA-Economics" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bu barədə bankın yaydığı elanda deyilir.

 

"Rusiya hökumətinin qərarı ilə dividendlər Əmanətlərin Sığortalanması Agentliyinin sahibi olduğu ikinci növ imtiyazlı səhmlərə yönələcək. Aralıq səhmlərinin bu istiqamətdə sərf olunması VTB Qrupunun maliyyə göstəricilərinə heç cür təsir etməyəcək", - deyə məlumatda bildirilir.

 

Müşahidə Şurası nominal dəyəri 0,1 rubl olan imtiyazlı səhmə görə 0,00581369 rublun ödənilməsini təklif edib.

 

Qeyd edək ki, VTB-nin səhmlərinin 2,99%-i Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) məxsusdur. ARDNF-in icraçı direktoru Şahmar Mövsümov isə bankın Müşahidə Şurasında müstəqil üzv kimi təmsil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR