Bank Of Baku

ARDNŞ dövlət büdcəsinə ödənişlərini 17% artırıb

ARDNŞ dövlət büdcəsinə ödənişlərini 17% artırıb
# 11 iyul 2013 14:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti bu ilin iyun ayında dövlət büdcəsinə 132 636 000 manat vəsait ödəyib ki, bu da ötən ilin iyun ayına nisbətən 7,8% çox olub.

 

ARDNŞ-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun aylarında büdcəyə 785 548 000 manat vəsait ödənilib ki, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,5% çox olub.

 

Bundan əlavə, bu ilin iyun ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 14 116 000 manat vəsait köçürüb. Bu göstərici 2012-ci ilin iyun ayı ilə müqayisədə 5,3% çox olub. Ümumilikdə 2013-cü ilin yanvar-iyun aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 77  506 000 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR