Bank Of Baku

Asiya İnkişaf Bankı: Azərbaycanda 2013-cü və sonrakı illərdə qeyri-neft sektorunun inkişafın aparıcı qüvvəsi olacağı gözlənilir

Asiya İnkişaf Bankı: Azərbaycanda 2013-cü və sonrakı illərdə qeyri-neft sektorunun inkişafın aparıcı qüvvəsi olacağı gözlənilir
# 17 aprel 2013 11:41 (UTC +04:00)

Belə ki, neft sektoru azalıb, lakin digər sahələr sürətlə inkişaf edib. Neft ixracı tədiyyə balansında cari hesabın daralmasına səbəb olub, lakin əsasən neft və qaz sektoruna qoyulan birbaşa xarici investisiyalar artıb. «APA-Economics»in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) «Asiyanın İnkişafına Nəzər-2013» illik iqtisadi nəşrində bildirilir.

 

Sənəddə qeyd olunur ki, Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər və davamlı dövlət investisiyaları, eləcə də 2014-cü ildə nəzərdə tutulan neft artımı 2013-cü ildə 3,1%, 2014-cü ildə isə 4,8% iqtisadi artıma səbəb olacaq. Qeyri-neft sektorunda inkişafı təşviq etmək və neft gəlirlərindən asılılığın azaldılması kimi hədəf uzunmüddətli inkişaf üçün əsas olmalıdır: «2013-cü il və sonrakı illərdə inkişafın aparıcı qüvvəsi qeyri-neft sektorunun olacağı gözlənilir».


ADB ekspertləri hesab edirlər ki, planlaşdırılan büdcə xərcləri dövlət investisiyalarını dəstəkləyəcək və banklarda kapitalın artırılması ilə bağlı Mərkəzi Bank səviyyəsində qəbul olunmuş qərar potensial olaraq özəl sektorun kreditləşməsinin artmasına səbəb olacaq. İcra edilməkdə olan regional inkişaf layihələri və özəl təşəbbüslər tikinti, kənd təsərrüfatı və xidmət sektorlarında illik artıma təsir göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR