Bank Of Baku

Avro manata qarşı bahalaşıb

Avro manata qarşı bahalaşıb
# 21 yanvar 2016 06:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün yanvarın 19-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi sabit qalıb.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 21-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 19-da olduğu kimi 1,6028 manat olub.

 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 19-da  USD/AZN rəsmi məzənnəsini yanvarın 21-i üçün 1,6028 səviyyəsində müəyyən edib.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,04% və ya 0,0007 manat artaraq 1,7458 manata yüksəlib.

 

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0005 manat və ya 2,48% azalaraq  0,0197 manata düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR