«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın maliyyə nazirinin müavini və Azərbaycan Beynəlxalq Bankı Müşahidə Şurasının sədri Azər Bayramov bildirib.
Beynəlxalq Valyuta Fondunun (BVF) bu məsələ ilə bağlı tövsiyələrini şərh edən A.Bayramov qeyd edib ki, Fondun bankın özəlləşdirilməsinə və ya restrukturizasiyasına dair konkret tövsiyələri yoxdur. Onun sözlərinə görə, hazırda BVF-nin yalnız bu məsələyə dair müəyyən ideyası mövcuddur ki, tərəflərin buna yanaşması müxtəlif ola bilər: «Hazırda Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi prosesini hazırlayan «PricewaterhouseCoopers» konsaltinq şirkəti işini tam başa çatdırmayıb. Özəlləşdirməyə dair məsələni bu şirkət işlərini başa çatdırandan sonra konkret şərh etmək olar».
Qeyd edək ki, Azərbaycanın və regionun ər iri bankı olar Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.