Bank Of Baku

Azərbaycan «Qrant haqqında» qanuna dəyişikliklər etməyə hazırlaşır

Azərbaycan «Qrant haqqında» qanuna dəyişikliklər etməyə hazırlaşır
# 06 dekabr 2013 10:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Milli Məclisin İqtisadi siyasət Komitəsinin iclasında «Qrant haqqında» qanuna dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub.


«APA-Economics»in məlumatına görə, qanunun preambulasına təklif olunan dəyişikliyə əsasən, artıq bu qanun Azərbaycanda qrantların (o cümlədən, subqrantlar, qranta əlavə, habelə qanunun 1-ci maddəsində göstərilmiş yardımlaq (ianələr istisna olmaqla) verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətləri tənzimləyəcək.


Digər dəyişikliyə görə, Azərbaycanın hüquqi və fiziki şəxsləri, habelə Azərbaycanın hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydiyyat üçün donorlar tərəfindən təqdim olunur. Azərbaycanın resipiyentlərinin aldığı qrantlar haqqında müqavilələr (qərarlar) qeydiyyat üçün həmin resipiyentlər tərəfindən təqdim olunur. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən təqdim edilir.


Qanuna edilən əlavəyə görə, qrant müqaviləsinin (qərarlarının) qeydiyyatı ilə bağlı göstərilmiş tələblər müqavilə üzrə əlavə müqavilələrin, habelə müqavilələrin müddəti, məqsədi, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.


Qanuna edilən əsas dəyişikliklərdən biri isə, qeydə alınmayan qrantların verilməsi və ya alınması haqqında müqavilələr üzrə bank və hər hansı digər əməliyyatlar aparıla bilməz. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən verilmiş və resipiyentləri tərəfindən alınmış qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, KİV-də ümumiləşdirilmiş məlumat verməlidir.


Yekunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR