Bank Of Baku

Azərbaycan bank sistemi üzrə məcmu mənfəət 39% artıb

Azərbaycan bank sistemi üzrə məcmu mənfəət 39% artıb
# 09 yanvar 2013 08:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2012-ci ilin yanvar-noyabr ayları ərzində 168,18 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu, 2011-ci ilin 11 aylıq göstəricisi ilə müqayisədə 38,8% çoxdur.

 

Ötən ilin yanvar-oktyabr ayları ərzində bankların məcmu mənfəəti 146,25 mln. manat təşkil edib və beləliklə, noyabr ayında banklar 21,93 mln. manatlıq mənfəət qazanıb ki, bu da 2011-ci ilin noyabr ayına nisbətən 5,4 dəfə çoxdur.

 

Yanvar-noyabr aylarında bankların faiz gəlirləri 1 148,31 mln. manat, faiz xərcləri 593,62 mln. manat təşkil edib və nəticədə, faiz mənfəəti 554,69 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 328,11 mln. manat, qeyri-faiz xərcləri isə 535,85 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 207,74 mln. manat həcmində zərər yaranıb.

 

Azərbaycan banklarında qeyri-faiz əməliyyatlarının yalnız zərər gətirməsi daim müşahidə olunub və bunun bir neçə səbəbi ola bilər. İlk növbədə bunu inzibati xərclərin çox yüksək olması ilə əlaqələndirmək olar. Bundan başqa, Azərbaycan bankları kreditlə bağlı olmayan əməliyyatlardan çox zəif istifadə edir ki, bu da qeyri-faiz gəlirlərinin artmasına imkan vermir.

 

Qeyd edək ki, yanvar-noyabr ayları ərzində Azərbaycanın 35 kommersiya bankı mənfəətlə, 8-i isə zərərlə işləyib. Mənfəətli banklar üzrə məcmu mənfəət 244,44 mln. manat, zərərlə işləyən bankların məcmu zərəri isə 93,31 mln. manata bərabər olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR