Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Elektron hökumət” portalının təqdim etdiyi statistikaya əsasən, 2014-cü ilin dekabr ayı ərzində banklar tərəfindən kreditlərin verilməsi üçün istifadə edilən elektron arayışların (e-arayış) sayı 25 612 olub.
“APA-Economics”in məlumatına əsasən, bu rəqəm noyabr ayı ilə müqayisədə 10 317 ədəd, yəni 67% çoxdur.
Ayrı-ayrı banklar üzrə vətəndaşlara istehlak kreditlərinin verilməsi üçün e-arayışlardan istifadə sayına gəldikdə isə, e-arayışla ən çox kredit verən bank “Bank of Baku” olub. Belə ki, il ərzində bank ötən ilin sentyabr-dekabr ayları ərzində 26 148 e-arayışdan istifadə edib. Bundan başqa, “Unibank” 20 129, “AccessBank” 5 525, “Muğan Bank” 1 918, “Bank BTB” 185, “Bank Respublika” 183, “Rabitəbank” 48, “AGBank” 24, “Bank VTB (Azərbaycan)” və Mərkəzi Bank hər biri 8 e-arayışdan istifadə etməklə vətəndaşlara istehlak krediti verib.