Bank Of Baku

Azərbaycan banklarında yerləşdirilən depozitlərin həcmi 24% artıb

Azərbaycan banklarında yerləşdirilən depozitlərin həcmi 24% artıb
# 05 fevral 2015 09:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2015-ci ilin əvvəlinə 15 453,4 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2014-cü ilin əvvəli ilə müqayisədə 2 977,6 mln. manat və ya 23,87% çoxdur. O cümlədən, noyabr ayı ilə müqayisədə noyabrda depozitlərin həcmi 141,4 mln. manat və ya 0,92% artıb.

 

Depozitlərin tərkibində 7 188,4 mln. manatı və ya 46,52%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2014-cü ilin sonuna nisbətən 792,6 mln. manat və ya 12,39% artıb.

 

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin əvvəlinə 8 265 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 2 185,1 mln. manat və ya 35,94% artıb.

 

Hüquqi şəxslərin depozitlərinin tərkibində 4 298,1 mln. manatı və ya 52,0%-i maliyyə təşkilatların depozitlərinin, 3 966,9 mln. manatı və ya 48,0%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR