Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) planlaşdırdığı kimi 260 min yeni pensiya kartının emissiyasını tam təmin edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən məlumat verilib.
ABB bu ilin mart ayından etibarən banka müraciət edən 200 minə yaxın pensiyaçıya yeni plastik kartlar verib.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu ilə ABB arasında müvafiq razılaşmaya görə, bu ilin mart ayından etibarən pensiyaçılara pensiya kartların verilməsi ilə Azərbaycan Beynəlxalq Bankı və «Kapitalbank» məşğuldur.