Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını 317 mln. manata çatdırıb

Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını 317 mln. manata çatdırıb
# 15 yanvar 2013 11:58 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) nizamnamə kapitalının artırılması çərçivəsində həyata keçirilən əlavə səhm emissiyasının 77%-i artıq mövcud səhmdarlara güzəştli qaydada satılıb. Qeyd edək ki, 2012-ci il iyunun 4-dən başlayan və 2013-cü ilin aprelində başa çatacaq səhm buraxılışı vasitəsilə bankın nizamnamə kapitalının 100 mln. artırılaraq 340 mln. manata çatdırılması nəzərdə tutulur.

 

ABB-dən verilən məlumata görə, artıq güzəştli səhm buraxılışının 77%-i bankın səhmdarları tərəfindən alınıb: «O cümlədən, bankın əsas səhmdarı olan Azərbaycan hökuməti də öz payına düşən 50,2% səhmi alıb. Bunun üçün Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsindən Ehtiyat Fondundan Maliyyə Nazirliyinə 50,2 mln. manat vəsait ayrılıb».

 

Qeyd edək ki, səhmlərin güzəştli satışı prosesi aprelin əvvəlində başa çatacaq. Bu vaxtadək alınmayan səhmlər isə birja vasitəsilə açıq satışa çıxarılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR