Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı pensiyaçılar üçün güzəştli kredit proqramı hazırlayıb

Azərbaycan Beynəlxalq Bankı pensiyaçılar üçün güzəştli kredit proqramı hazırlayıb
# 04 noyabr 2013 14:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət göstərdiyi bütün pensiya kartlarının sahibləri üçün 100 manat məbləğində faizsiz kredit xətti açılıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, buna görə pensiyaçıdan heç bir əlavə komissiya haqqı tələb olunmur.

 

Pensiyaçı ona ayrılmış bu limiti ATM-də nağdlaşdıra bilməz, yalnız layihə çərçivəsində ABB ilə müqavilə imzalamış ticarət obyektlərində (supermartketlər, apteklər) istədiyi zaman xərcləyə bilər. Yaranmış borc növbəti ay pensiyaçının kartına mədaxil olunacaq pensiya vəsaiti hesabına ödəniləcək. Yalnız bundan sonra kredit limiti yenidən avtomatik olaraq aktivləşəcək.

 

Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartları (yalnız Dövlət Sosial Müdafiə Fonduna məxsus olan kartlar) avtomatik şəkildə layihəyə qoşulur. Hazırda proqrama qoşulmuş ticarət subyektlərinə «Araz» və «Makro Market» supermarketlər  şəbəkələri, «Riyad Farm» apteklər şəbəkəsi aiddir (subyektlərin sayı tədricən artırılacaq).

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR