Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı səhmdarlarına təxminən 11 mln. dollar dividend ödəyəcək

Azərbaycan Beynəlxalq Bankı səhmdarlarına təxminən 11 mln. dollar dividend ödəyəcək
# 30 noyabr 2012 13:49 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, yığıncaqda iki məsələ müzakirə edilib ki, bu, Azərbaycan Beynəlxalq Bankının kənar auditoru tərəfindən təsdiqlənən və Audit Komitəsi tərəfindən tövsiyə edilən 2011-ci ilin maliyyə hesabatının təsdiq edilməsi və ABB-nin 2011-ci il üzrə mənfəəti və bankın dividend siyasəti haqqında qərarların qəbul edilməsi ilə bağlı məsələlər olub.

 

Ümumi yığıncağın qərarı ilə Azərbaycan Beynəlxalq Bankının «Deloitte&Touche» şirkəti tərəfindən təsdiqlənən və Bankın Audit Komitəsi tərəfindən tövsiyə edilən 2011-ci ilin illik maliyyə hesabatları təsdiq edilib.

 

İclasın gündəliyindəki ikinci məsələ ilə əlaqədar, ABB-nin Maliyyə Hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq hazırlanan 2011-ci ilin sonuna maliyyə vəziyyəti haqqında konsolidasiya edilmiş hesabatında əks olunan 13 694 766 manatlıq bölüşdürülməmiş mənfəətdən 8 694 766 manatın 2011-ci ilin yekunlarına görə səhmdarlara dividend şəklində ödənilməsi, qalan 5 mln. manatın isə hazırda həyata keçirilən emissiya başa çatdıqdan sonra nizamnamə kapitalının artırılmasına yönəldilməsi üçün Bankın bölüşdürülməmiş mənfəət hesabında saxlanılması barədə qərar qəbul edilib.

 

Bankın mətbuat xidmətindən verilən məlumata əsasən, son üç il üzrə Azərbaycan Beynəlxalq Bankının xalis mənfəətinin toplam həcmi 200,958 mln. manat, gəlirləri isə 1,2 mlrd. manat olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR