Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı Şimali Osetiyada nümayəndəlik aça bilər

Azərbaycan Beynəlxalq Bankı Şimali Osetiyada nümayəndəlik aça bilər
# 04 fevral 2015 15:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Şimali Osetiyanın Turizm, Sahibkarlıq və İnvestisiya naziri Alan Diambekov Bakıya səfəri zamanı Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədr müavini Emil Mustafayev ilə görüşüb.

 

"APA-Economics"in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, görüş zamanı ABB-nin Şimali Osetiyada nümayəndəlik açmaq imkanları nəzərdən keçirilib.

 

Nazir qeyd edib ki, Şimali Osetiyada bank sektorunun strukturu əsaslı şəkildə dəyişib. Ötən il ərzində müxtəlif səbəbdən 5 regional bankdan 3-ü fəaliyyətini dayandırıb. Bu isə öz növbəsində ABB-nin bazara daxil olması üçün əlverişli şərait yaradır.

 

Nazir əmin edib ki, Azərbaycan tərəfi dövlət orqanları tərəfindən yardım və dəstəyə güvənə bilər.

 

"ABB-nin Şimali Osetiyada nümayəndəliyinin açılması azərbaycanlı biznesmenlərin respublikamıza fəal şəkildə axınına xidmət edə bilər. Yerli mentallığı nəzərə alaraq dinamik maliyyə strukturunun yaranması bu şirkətə bazarın kəşf edilməsi baxımından yaxşı şans verəcək", - deyə A.Diambekov bildirib.

 

E.Mustafayev də öz növbəsində təklifin olduqca maraqlı olduğunu qeyd edərək, bunun ABB-nin Rusiyada nümayəndəliklərinin sayının artırılması praktikasına uyğun olduğunu bildirib.

 

Qeyd edək ki, yaxın zamanda bankın nümayəndələri Şimali Osetiyanın maliyyə bazarı ilə tanışlıq üçün bura səfər edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR